руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
18 май
02:10
Журналы
Кипят, бурлят по миру страсти
© Leshinski

Энциклопедия / Люди

Изменить категорию | Все статьи категории

Quluzadə Məmmədpaşa Piri oğlu

9.5.1914

Quluzadə Məmmədpaşa Piri oğlu

(05.09.1914, Bakı, Əmircan kəndi – 28.02.1994, Bakı)

Neftçi alim, akademik

Quluzadə Məmmədpaşa Piri oğlu 1914-cü ilin sentyabr ayının 5-də Bakının Əmircan kəndində Piri Dostməmməd oğlu (Usta Piri) və Fatma xanım Axundovanın ailəsində anadan olmuşdur. O, 1927-ci ildə kənddəki 84 №-li məktəbin VII sinfini bitirərək Nəriman Nərimanov adına Sənaye Texnikumuna daxil olmuşdur. Burada təhsilini başa vurduqdan sonra 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olmuş və 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək qazma üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdir. Təyinatla 1938-1941-ci illərdə "Əzizbəyovneft" NQÇİ-də qazma üzrə texnik, qazma ustası, mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır.
Məmmədpaşa Quluzadə 1941-1946-cı illərdə İkinci Dünya müharibəsi cəbhələrində döyüşlərdə iştirak etmiş, göstərdiyi şücaətlərə görə II dərəcəli Vətən müharibəsi ordeni və medallarla təltif olunmuşdur.
1946-cı ildən başlayaraq Məmmədpaşa Quluzadənin əmək fəaliyyəti Azərbaycan Sənaye İnstitutu ilə bağlı olmuşdur. O, 1946-cı ildə institutun əyani aspiranturasında oxumuş, 1949-cu ildə namizədlik, 1959-cu ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1951-1964-cü illərdə ardıcıl olaraq assistent, dosent, professor, "Neft və qaz quyularının qazılması" kafedrasının müdiri, qazma problemləri laboratoriyasının elmi rəhbəri (1961-ci ildən), institutun elmi işlər üzrə prorektoru (1951-1954) vəzifələrində işləmiş, elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirmişdir.
Məmmədpaşa Quluzadənin elmi-tədqiqat işləri neft elminin və texnikasının inkişafına, xüsusən də neft və qaz quyularının qazılma texnologiyasının nəzəriyyə və təcrübəsinə həsr edilmişdir. O, maili quyuların qazılmzsının elmi əsaslarının ardıcıllıq nəzəriyyəsinin yaradıcısı olmuşdur. Əldə etdiyi fundamental nəticələr həm quruda, həm də dənizdə neft və qaz yataqlarının kəşfiyyatı və istismarında həlledici rol oynamışdır, Azərbaycanda, Qərbi Sibirdə, Qazaxıstanda, Krımda, Başqırdıstanda, Saxalində və başqa neft-qaz rayonlarında uğurla tətbiq edilmişdir. Bu üsulun geniş miqyasda tətbiqinə görə M.Quluzadə bir qrup alim və mütəxəssislə birlikdə 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Akademik dəfələrlə neft sənayesinin inkişaf problemləri ilə bağlı məruzə və çıxışları ilə ABŞ, Almaniya, Hindistan, Meksika və digər ölkələrdə keçirilən konqres və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.
Məmmədpaşa Quluzadə SSRİ Nazirlər Sovetinin Elm və Texnika Komitəsi yanında dərin neft və qaz quyularının qazılması texnikası və texnologiyasının təkmilləşdirilməsi üzrə elmi-texniki komissiyanın, SSRİ Neftçıxarma Sənayesi Nazirliyinin elmi-texniki şurasının, SSRİ Ali Təhsil Nazirliyinin neft təhsili üzrə elmi-texniki şurasının, Azərbaycan Elmlər Akademiyasının "Elm və torpaq" elmi şurasının, doktorluq və namizədlik üzrə alimlik dərəcələri verən ixtisaslaşdırılmış elmi şuranın, Azərbaycan Ensiklopediyası baş redaksiyasının elmi şurasının, Ümumittifaq "Neft və qaz" jurnalının ilk məsul redaktoru (1958-1964) və redaksiya heyətinin üzvü olmuşdur.
Akademik M.Quluzadə 400 elmi əsərin, o cümlədən 15 monoqrafiya, 15 ixtira və Azərbaycan dilində yazılmış ilk fundamental dərsliklərin, dərs vəsaitlərinin müəllifidir. O, bilavasitə rəhbərlik etdiyi 10 elmlər doktorunun elmi məsləhətçisi olmuş və 45 texnika elmləri namizədi hazırlamışdır. Məhsuldar elmi fəaliyyəti ilə yanaşı, ömrünün 50 ildən çoxunu yorulmadan yüksək ixtisaslı neftçi mühəndislərin hazırlanmasına sərf etmişdir.
Məmmədpaşa Quluzadə 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Elm və texnikanın inkişafı və yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərinə görə M.Quluzadə "Lenin" və "Qırmızı Əmək Bayrağı", bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. “Azərbaycan SSR əməkdar mühəndisi” (1965), “SSRİ-nin fəxri neftçisi” (1971), “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” (1971) fəxri adlarına layiq görülmüşdür.
Məmmədpaşa Quluzadə 1994-cü il fevralın 28-də Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Akademik Məmmədpaşa Quluzadə həssas, qayğıkeş insan, müstəqil düşüncəyə malik bir şəxsiyyət idi. Xalq arasında ona böyük hörmət və ehtiram var idi. Görkəmli alim bunu çoxillik gərgin və halal zəhməti, yüksək insani keyfiyyətləri sayəsində qazanmışdı. Həm ziyalı, həm alim kimi Azərbaycan elmində Məmmədpaşa Quluzadənin öz məktəbi, öz dəst-xətti var.

[ДОПОЛНИТЕЛЬНАЯ ИНФОРМАЦИЯ]

Mammadpasha P.Quluzadeh

(05.09.1914, Amirjan village, Baku – 28.02.1994, Baku)

Scientist and oil-industry worker.
Honoured Enginer in 1965, Honoured oil industry worker of the in USSR in 1971, Honoured Scientist and Figure in Technics in 1971, Academician of the Academy of the Soviet Sosialist Republic of Azebaijan in 1972, Laureate of the State Prize of the Soviet Sosialist Republic of Azebaijan in 1972. He fought in the Great Patriotic War.
He was the pro-rector on scientific matters at the Oil and Chemistry Institute of Azebaijan from 1951 to 1954. He was the director of the well-boring technology department and supervisor of studies for the Labouratory on borind promlems at that institute since 1961. He was also the editor-in-chief of the Oil and qas journal from 1958 to 1964.
He is the oriqinator of the theory of sequence of scientific bases for the boring of stand holes.
He delivered lectures on stand boring theory in the USA, Germany, India and Mexico and participated in World oil Congresses in 1963, 1967 and 1971. He wrote a number of scientific works, fundamental textbooks and school textbooks.
He received the Order of Lenin and ofter medals.


Журналы
Данута Гвиздалянка «Мечислав Вайнберг — компози...
© violine