руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
20 апр.
07:04
Журналы
"Зубастые шарики, пожирающие реальность......
© Portu
Все записи | Проза
вторник, август 7, 2012

Qısa Əmircan (Xilə) hekayələri

aвтор: Rubil ®
 

Fərhad Muradov

Qısa Əmircan (Xilə) hekayələri

 

Məzəmmət

 

Əsrin əvəllərində Bakı kəndlərinin birində olmuş əhvalatı sizin nəzərinizə çatdırmaq istəyirəm.

İsti yay günlərindən biri idi. Əmircan (o vaxtkı Xilə) kəndinin sakini hörmətli, ağsaqqal və uzaqgörən şəxs kimi tanınan Kəlbə Rəşid, 10 - 12 yaşlı qohumu ilə öz arabasında kənddən bağa doğru gedirdi. Mənzil uzaq, hava isti, yol isə tozlu idi. Qonşu kəndin üzüm bağlarının yanından keçən Kəlbə Rəşid arabanı saxlayıb uşağa dedi:

- Ay bala, o bag filan axundun bagıdır. Get oradan bir ətək üzüm dər, gətir, yeyib sərinləşək.

Bu sözü eşidən uşaq tez arabadan yerə tullanıb yanlarını basa – basa bağa yollandı. Kəlbə Rəşid əlini gözünün üstünə qoyub uzaqdan baxib görür ki, axund öz eyvanında, başında araqçın oturub çay içir. Sonra baxıb görür ki, uşaq bağda tələsik üzüm yığır. O əlını qulagının dibinə qoyub, hadisədən xəbəri olmayan axunda tərəf tutub qışqırır:

- Ay axund, bağına ogru girib, qoyma üzümünü apardı!

Bunu eşidən axund nəlbəkini yerə qoyub, səs gələn tərəfə boylandı. Səsdən ürkən uşaq ətəyini üzümlə doldurmamış arabaya tərəf qaçmağa başladı. Axund isə yerindən sıçrayıb həyətə atıldı və ətrafına göz yetirib yabanı gördü. Onu tez qaparaq, “ay kafir” deyərək uşağın dalınca cumdu. Uşagın arabaya çatmasına bir az qalmış Kəlbə Rəşid ata qamçını vurur. At yerindən sıçrayaraq qaçmağa başlayır. Əgər kənardan bu mənzərəyə tamaşa edən olsaydı, görərdi ki, cərgə ilə düzülmüş əncir agaclarının yanındakı yoldan bir tozanaq qopmuşdur ki, gəl görəsən. Bu tozanagın içində qabaqda Kəlbə Rəşıd arabada oturub atı qovdurur, onun dalısınca ətəyindən üzüm tökülə -tökülə qaçan kök bir uşaq, uşagı isə əlində yaba təngənəfəs qovan bir axund.

Kəlbə Rəşid atı bir az qovduqdan sonra saxlayaraq, axunda tərəf aramla üzünü çevirir. Uşaq həyacan içində Kəlbə Rəşidin yanına sığınır, axund tövşəyə -tövşəyə onlara yaxınlaşır. Kəlbə Rəşidin üzündə təbəssüm başını yırgalayaraq axundu məzəmmət edir:

- Ay kişi, heç utanmırsan, bu uşaq sənin bağından bir ətək üzümdən savayı nə dərəcəkdi ki? Məyər üzümə görə bu uşağı yaba ilə öldürəcəkdin? Bəs sən məsçiddə Qurandan danışırsan, kasıba əl tutmaq, yolu bağın kənarından keçəni bağın içindən salmağı tövsiyə edirsən, sənin dediyinlə əməlin bir yerə sığmır ki ?!

Axund bərk pərt olaraq bir kəlmə dinmədən başını aşağı salıb bağına tərəf yollandı. Uşaq isə həyacanlı halda:

- Rəşıd əmi, bəs özün deyirsən ki, get üzüm dər, özün də axunda xəbər verirsən?

Kəlbə Rəşıd üzünü uşaga tutub deyir:. Onu tez qaparaq,

Kəlbə Rəşid atı bir az qovduqdan sonra saxlayaraq, axunda tərəf aramla ü

- Ay kişi, heç

Axund bərk pərt olaraq bir kəlmə dinmədən başını aşağı salıb bağına tərəf yollandı. Uşaq isə həyacanlı halda:

- Rəşıd əmi, bəs ö

Kəlbə Rəşıd ü

- Ay axmaq, mən dedim-dedim, bəs sənin ağlın harada idi? Sən bilmirsən ki xaxın bagından oğurluq etməzlər?

 

Tamah

 

Xilə kəndinin qeyri–adi adamlarından biri də usta Mesmalı idi. O XIX əsrin axırı, XX əsrin əvvəllərində Xilə kəndində tanınmış ən yaxşı ustalardan idi. Onun əlindən hər işi görmək gəlirdi, bircə satqınlıqdan, yalançılıqdan və xainlikdən başqa. Bir sözlə çox təmiz və öz işində mükəmməl idi. Məhs bu xasiyyətinə görə ona hamı böyük hörmət bəsləyirdi.

Günlərin bir günündə onu birisi öz evinə çagırtdırıb, evinin qapısını və pəncərələrini rəngləməyi xahiş edir. Sözsüz ki, işin müqabilində rəng alınır və zəhmət haqqı razılaşdırılır.

Bəli, usta Mesmalı həvəslə işə başlayır və müəyyən vaxtdan sonra o öz işini başa vurub yığ-yığış işi görərkən, ev yiyəsinin qadını gəlib çıxır. Arvad işin səliqə ilə qurtarıldığını görür və sonra necə olursa onun gözü qabın dibində qalmış bir azacıq rəngə sataşır. Arvad özünü saxlaya bilməyib: “ay usta, o rəng artıq qalıb, onu da bu hinin qapısına çək!” deyə göstəriş verir.

Ustalar adətən öz işinin ustasıdırsa, onlar sözünü vaxtında deyən, ötkəm, heç kimə əyilməyən olurlar. Bu usta isə bəlkə də bütün ustalardan beş çömçə artığından idi. Bu sözü eşidən usta Mesmalı arvada: “yaxşı , bu saat edərəm “ deyə cavab verir. Arvad özündən razı halda evə gedərək öz işinə başı qarışır.Bizim qeyri –adi ustamız tənbəllik etmədən bazara gedib bir o qədər də rəng alıb gətirir və təzə bir həvəslə işə başlayır. Onun əlinə nə keçirsə rəngləməyə başlayır. Qapı, baca, hinin qapısı, aftafa, samovar, hətta həyətdəki itin və xoruzun quyrugunu da tutub rəngləyir. Bir sözlə, həyətdə gözünə nə dəyirsə hamısını öz kistindən keçirir. Arvad necə olursa həyətə çıxarkən hər yanın rəngləndiyini görüb təəccübdən özünü itirir. Gözləri bərəlmiş arvad əlini agzına aparıb: “ay usta, sən neyləmisən ?” deyə qızarır.

Usta Mesmalı isə özündən razı halda əllərini silə-silə: “gördüm ki, sənin iştahan böyükdür, dedim birdəfəlik hamısını rəngləyiim ki, siz də razı qalasınız”.

 

Səbr

 

Deyilənlərə görə Xilə kəndində çox səbrli, hərtərəfli mükəmməl dini savadı olan çox alicənab bir axund yaşayıb. O, camaat arasında böyük hörməti və ən əsası da böyük təmkin və səbrli olmağı ilə seçilirdi.

Bir neçə cahil cavan onu özündən çıxarmaqdan ötrü mərc qoşurlar. Gecədən xeyli keçmiş cavanlar onun küçə qapısını bərkdən və aramsız döyməyə başlayırlar. Yuxudan qalxan axund qapıya yaxınlaşıb aramla qapını açıb, onlarla salamlaşdıqdan sonra, nə üçün gəldiklərinin səbəbini soruşduqda, cavanlar: “yadımızdan çıxdı” deyə üzr istəyirlər.

Axund onlara: “eybi yoxdur nə vaxt yadınıza düşərsə, gələrsiniz”, deyə cavab verir. Bu minvalla onlar bir neçə dəfə onu narahat edib gedirlər və nəhayət səhərin açılmasına az qalmış yenə həmən qayda ilə bərkdən qapını döyərək onu səsləyirlər. Bu dəfə onu görən cavanlar: “hə, yadımıza düşdü, bilirsiniz, biz nəcisin dadını soruşmağa gəlmışik, onun dadı necədir?” deyə soruşurlar.

Axund təmkinlə onları başa salaraq deyir: “nəcis turşa-şirin olur”. Cavanlardan biri tez-tələsik: “dadına baxmısan?” deyə soruşur. “Onun dadına baxmazlar ki”, deyə axund bildirir. O turşa-şirindir ona görə ki, şirinliyinə milçək yığılır, turş olduğu üçün qurd basır”. Cahillər onların suallarına belə təmkinlə, səbrlə və ağıllı cavab verdiyinə görə tez onun ayaqlarına düşüb yalvararaq üzr istəməyə başlayırlar.

Axund isə: “eybi yoxdur nə vaxt sualınız olarsa buyurun gəlin” deyir.

 

Fitva

 

Deyilənlərə görə Xilə kəndində təxminən 20-30 - cu illərdə Kəlibboba adlı birisinin öz kiçik qardaşı ilə sözü tərs gəlir və ona qarşı edilən kobud hörmətsizliyə görə öz kiçik qardaşını xəncərlə qovmaga başlayır. Kənddə “Meydan yeri” deyilən alver məhəlləsi var idi. Ora həmişə adamla dolu olardı. Bu meydandan kiçik qardaşını hirsli halda xəncərlə qovan Kəlibbobaya meydandakılardan birisi fitva verərək dillənir: “Hə, çatmısan a, ay Kəlibboba”. Kəlibboba bu sözü eşidərək bir anlıq özünə gəlir və ayaq saxlayaraq, əlindəki xəncəri yerə sancaraq, qardaşına deyir: “Qardaşım, sənə əl vuran kişi deyil, yanıma gəl!”. Qardaşı qorxa-qorxa ona yaxınlaşıb üzr istəyir və onlar qucaqlaşırlar. Kəlibboba üzünü fitva verən kəsə tərəf tutaraq: “Heç sənə ayıb deyil? Görürsən ki, mən hirslənmişəm, sən məni saxlamaq əvəzinə daha da qızışdırırsan?” deyir. Hamı bir anlıga susur və sonra yerbəyerdən fitva verən şəxsi danlamaga başlayırlar.

 

Sözün ağası

 

Xilə kəndinin çox tanınmış hörmətli şəxslərindən biri olan usta Mesmalı bir gün hansısa xozeynin qapısını döyərək ondan müəyyən məbləğ pul borc istəyir.

Onu da deyim ki, usta Mesmalı öz sadəliyi və düzgünlüyü ilə nəinki sadə adamlar arasında, hətta, bütün varlılar içərisində böyük hörmətə malik idi.

Həmən xozeyin ustanı görcək çox sevinir, hal -əhval tutduqdan sonra onu içəri dəvət edir, ancaq usta tələsdiyindən qapıda onu gözləyəcəyini söyləyir. Xozeyn:”bu saat gəlirəm deyə evə qayıdır”. O biri qapıdan xozeyinin çoxlu qonaqları təşrif buyurdugundan, onun başı qonaqlarına elə qarışır ki, usta Mesmalı tamam yaddan çıxır. Bizim usta isə səhərə qədər o yana, bu yana gedərək xozeyini gözləyir. Xozeyin isə məclisi yola verib, bütün qonaqlarını yola salıb yatır. Səhər tezdən xozeyn evdən işə gedərkən , qapının agzında usta Mesmalının onu gözlədiyini görüb: “ay usta, sən hələ buradasan? dayan, bu saat gedib gətirərəm deyir”. Usta isə: “sən sözünün agası deyilsən deyə, artıq lazım olmadı” deyib oradan uzaqlaşır.

 

Duz satan

 

Atamın dediyinə ğörə, müharibədən qabaq olan bir əhvalatı olduğu kimi sizin nəzərinizə çatdırıram.

O vaxtlar mən Gəncə kənd təsərrüfatı institutunda oxuyurdum. Yay ayları idi və mən Bakı vağzalında Gəncə qatarından iki çamadanla enib öz dostumun gəlməyini ğözləyirdim. Bildiyimiz kimi o vaxlar çamadan oğramaq, adam soyub, ev yarmaq çox yayılmışdı. Sözsüz ki, qırmızıyanaq bir oğlanın iki çamadanla Gəncə qatarından düşüb ğözləməsi, oğruların çuşkadır deyə nəzərindən qaçmadı. O vaxtlar mən mükəmməl surətdə idmanın demək olar ki, bütün əsas növləri ilə məşqul olurdum: güləşmə, velosiped sürmək, üzğüçülük və bir sıra digər növlər. Mən çamadanları ayağımın arasında qoyub dayanarkən, qarşıdakı iki gəncin oğru olduğunu o dəqiqə başa düşdüm. Bu zaman mənim fikrimi qatmaq məqsədi ilə arxa tərəfdən bir nəfər silkələyərək: “Ay yoldaş! burada bir duz satan var idi onu görmədin?” deyə silkələməkdə davam edirdi. Mən isə çevrilmədən ona “görməmişəm” dedim. O yenə mənim cavabıma əhəmiyyət vermədən və bir anlıq məndən əlini üzmədən elə hey silkələyərək duz satanı soruşurdu.

Mən ikinci dəfə də onun oynunu başa düşüb ondan əl çəkməyini dedim, ancaq o öz duz satanı ilə məni özümdən çıxartdı. Ani olaraq (elə bil başıma isti su tökdülər) çevrilib ona solaxaydan elə bir şillə vurdum ki,o bir- iki  metrə aralıda yerə sərildi. Vurduğum adam oğruların başçısı əl ağaclarında (kasteldə) idi. Tez çevrilərək qabaqdakı iki oğrunun az qala mənim çamadanlarımı qaşırmaq istədiyini ğördüm. Onlar mənim çevrildiyimi ğörüb bir an dondular. Mən isə onlara: “Alə , məndən , bakılı balasından çamadan apara bilərsiniz?” dedim. Onlar isə öz qamətlərini düzəldib dedilər: “Hə, sən yaxşı eləmədin, bizim kolleqamızı vurdun”. Mən isə onalara: “sizə öz dilinizdə başa saldım ki, kələyinizdən xəbərdaram, siz isə anlamaq istəmədiniz” dedim.

 

Dəvə öldürən

 

Ləqəblər içərisində “dəvə öldürən” mənim atamın ata babası olan Xanmurad kişinin başına gələn əhvalatla bağlıdır.

Atamın babası Xanmurad, çox çevik , sağlam həmişə belində xəncəri olan bir kəndçi olub. O ,kənd işləri ilə məşqul olub öz ailəsini dolandırmaqdan əlavə həm də uzaq ölkələrə gedən karvanlara başçılıq edərdi.

Kəndimizdə ticarətlə məşqul olan, yəni uzaq səfərlərə dəvə karvanı ilə gedib cürbəcür mallar gətirib satan tacirlərdən ən varlısı da Hacı Bəbir adlı şəxs olub.

Səfərlərdən birində Hacı Bəbirin karvan başçısı olan Xanmurad, necə olursa, əmrə tabe olmayan nər dəvəni vurur. Xanmurad dəvənin ona çəp və kinli baxmasını o dəqiqə anlayır və öz – özünə “hə, bu dəvə məni gec-tez öldürəcək!” deyir.Bildiyimiz kimi dəvələr çox kinli olurlar.

Bir gün səfər zamanı hansısa bir düzənlikdə karvandakı dəvələri açıb otlağa buraxırlar və özləri də dincəlmək qərarına gəlirlər. Ancaq Xanmurad çox ayıq kişi idi, o öz çuxasını dəvədən gizlin bir yerdə sərir və özü də bir az aralıda dərədə gizlənərək dəvənin nə edəcəyini gözləyir. Dəvə otlaya–otlaya gəlib çuxaya yaxınlaşır və Xanmuradın yatmış olduğunu zənn edib, başını qaldıb bir oyana, bir bu yana baxıb heç kimin olmadığını ğörüb, aşağı enərək qabaq dirsəkləri ilə çuxanı tapdalamağa başlayır.

Yaxınlıqdakı dərədə nər dəvəni izləyən Xanmurad, mən deyəndir deyə, ani olaraq əlini xəncərinə atıb sıyıraraq, dərədən sıçrayıb dəvənin üstünə cumur. Dəvə onun ğəldiyinin ğörüb ayağa qalxana qədər, Xanmurad özünü gözü qızmış nər dəvəyə yetirib xəncəri düz onun ürəyinə sancır, sözsüz, nərildəyən bu nəhəng dəvə daha ayağa qalxa bilmir.

Siz təsəvvür edin ki, əğər təsadüfən xəncər ürək əvəzinə onun sümüyünə dəyib yaralasa idi, artıq dəvə onu tikə-tikə doğraya

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
"Зубастые шарики, пожирающие реальность......
© Portu