руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
20 апр.
09:11
Журналы
Картины на стене в Малаге
© violine
Все записи | Информация
четверг, октябрь 30, 2014

Oqtay Eldəgəzin 80 illik yubileyi və kitablarının təqdimatı

aвтор: Rubil ®
1
view

 

 

Bu tədbirdə Oqtay Eldəgəzin 80 illk yubileyi və kitablarının təqdimatı olacaq.

Rəfili Oqtay Kərim oğlu (Oqtay Eldəgəz) 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəblərdə, texnikumlarda dil-ədəbiyyat fənnlərini tədris edib. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparmış, ona görə də özünə “Eldəgəz” təxəllüsünü götürüb. 1958-60-cı illərdə Sumqayıt hadisələrinin qeyri-rəsmi lideri olmuş, may mitinqlərinə rəhbərlik edib. O, Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil və səhiyyə qurumlarında rəhbər vəzifələrə azərbaycanlı kadrların təyin edilməsində böyük işlər görüb. 1962-ci il dekabrın 17-də 95 nəfər ziyalının iştirak etdiyi gizli yığıncaqda Milli Azadlıq Qərargahı (MAQ) yaradılmış və Oqtay Rəfili (Eldəgəz) sədr, görkəmli alim Xudu Məmmədov isə sədr müavini seçilmişlər. Onların məqsədi yüksək vəzifələrə azərbaycanlıların təyin olunmasına, respublika  büdcəsinə  ayrılmaların Moskvada deyil, Bakıda həll olunmasına çalışmaq, milli oyanışa xidmət etmək idi. MAQ Şıxəli Qurbanov kimi, sonradan Həsən Həsənov kimi milli ruhlu insanları dövlət vəzifələrinə gətirə bilmişdi. Oqtay Eldəgəzin bir sıra hekayə, povest, novella, oçerkləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Göyərçin”, “Azərbaycan” jurnallarında çap olunmuş, məqalələri isə “Təzadlar”, “Azadlıq”, “Şərq”, “525-ci qəzet”, “Ədalət”, “Ulus”, “Yeni Müsavat” və s. qəzetlərdə dərc edilib. 2001-ci ildə "Təzadlar" qəzetində 414 nəfərlik oxucu arasında keçirilən sorğuda ilin “superulduz” yazarı müəyyən edilir. Bu media mükafatını almaq Oqtay Eldəgəzə nəsib olur. Oqtay Eldəgəz 16 may 2002-ci ildə öz doğma kəndi Əmircanda (Xilə) vəfat edib.

Bu tədbirdə ölümündən sonra həyat yoldaşı Rəfiqə xanımın təşəbbüsü ilə Oqtay Eldəgəzin çap etdirilmiş kitablarının ictimaiyyətə təqdimatı olacaq. Bu kitabların adları belədir: “Fələstin çoxbucaqlısı”, “Otuzyeddilər istintaqı”, “Poladdan bir yarpaq”, “Borcumu ver Rusiya”. Tədbir Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 28-də yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq. Bu tədbir ictimaiyyət üçün açıqdır. Facebook-da bu tədbirlə bağlı event yaradılıb, buyurun baxın və qoşulun.

https://www.facebook.com/events/1495879364002142/?source=1

 

Nazim Xəlilov.

 

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Картины на стене в Малаге
© violine