Все записи | Поэзия
загрузка
суббота, июнь 22, 2013
Aydın Xiləli
Xilə kəndi
Allah bizə qismət etmiş haqq üçün yaşar Xilə kəndi,
Qəlblərə yollar açan, möcüzəli Xilə kəndi.
Qədir bilən, dünya görmüş, kəndlər içində seçilmiş,
Tarix boyu əzəmətli, cazibəli Xilə kəndi.
Elmin bilik mənbəyisən, şerin dərin örnəyisən,
Elin vuran ürəyisən, tövsiyəli Xilə kəndi.
Rəssamlığın məskənisən, şairlərin vətənisən,
Məclisləri mərsiyəli, qafiyəli Xilə kəndi.
Aydın şair viranədir, kəndi üçün divanədir,
Möcüzəli bir xanədir, dəbdəbəli Xilə kəndi!

ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.