руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
20 апр.
08:57
Журналы
Тыловое
© Rosish
Все записи | Искусство
пятница, сентябрь 14, 2018

Yunusov Qəyyur

aвтор: Rubil ®
 
view

Yunusov Qəyyur Habil oğlu (Qəyyur Yunus) 1948-ci il martın 26-da Bakının Əmircan kəndində anadan olmuşdur. 1967 – 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (indiki İncəsənət Kolleci), 1971 – 1977-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının pəngkarlıq fakultələrində təhsil almışdır. 1972-ci ildən sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.

Qəyyur Yunus elə bir rəssamlardandır ki, onun əsərlərinə hətta uzaq məsafədən belə nəzər saldıqda, kimə məxsus olduğu o dəqiqə sezilir. Onun dini-fəlsəfi baxışları, gözəllik sevgisi çəkdiyi rəngkarlıq əsərlərində aşkar surətdə görünür. Yaradıcılığının başlıca kulminasiyası sayılan qadın surətləri rəssamın fırçası altından çıxmış nurani gözəlliyə malikdirlər. Bu nurani gözəlliklərin arxasında şübhəsiz ki, uca Allaha olan sevgi və iman dayanır. Azərbaycan qadını obrazının zəriflik və nəcibliyi ilə təsvir edilməsinin əsas səbəblərindən biri kimi isə müəllif – “Allah gözəldir və gözəlliyi sevir” prinsipi ilə açıqlayır. Yaratdığı zərif gözəllikli qadınlar nurlu çöhrələrində və sadə milli geyimlərində əks olunur. Müəllif çəkdiyi qadın surətlərinin məhz azərbaycanlı və müsəlman qadını olduqlarını xüsusilə vurğulayır.

Kətan üzərində yağlı boya texnikası ilə çəkilmiş nurani qadın portretlərində arxa fonda müəyyən rəmzlər (armud, balıq, quş, gül, epiqrafik yazılar və s.) görünür ki, bu da rəssamın öz şəxsi fantaziyasından və onların hər birinə verdiyi ayrı-ayrı simvolik anlamdan irəli gəlir. Belə səciyyələrin içərisində diqqəti ərəb hərfləri ilə yazılmış xəttatlıq nümunələri də cəlb edir. Həmin yazılar, əsasən “Allah”, “Bismillahir-Rəhmanir-Rəhim”, “Əlif”, “Ləm”, “Mim”, “Haqq”, “La İlahə İlləllah” kimi dini kəlmələrdir. Rəssam öz əsərlərinə imzasını Azərbaycan əlifbasıyla bərabər ərəb əlifbası ilə də qoyur. Bu baxımdan, Qəyyur Yunusun hər əsərində "Mən müsəlmanam!" sözləri eşidilir və bu sözlər böyük fərəh hissiylə, qürurla tamaşaçıya çatdırılır.

Hacı Qəyyur Yunus Əmircan haqqında deyir: "Bu kənddə anadan olmuşam, ilk təhsilimi burada almışam, sonra da ömürlük bu kəndə bağlanmışam. Hara getmişəmsə, yenə də Əmircana qayıtmışam. Əmircan mənim üçün dünyanın ən doğma, ən əziz bir yeridir. Bütün bunların hamısı yaradıcılığımda əksini tapıb".

Azərbaycanda və müxtəlif xarici ölkələrdə 11 fərdi sərgi keçirilmişdir. Sonuncu fərdi sərgisi Rusiyanın Moskva şəhərində Şərq Xalqları İncəsənəti Muzeyində keçirilmişdir. Işləri Almaniya, Türkiyə, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, İngiltərə, Polşa, Əlcəzair, İran, Rusiya kimi ölkələrdə həm dövlət, həm də şəxsi kolleksiyalarda saxlanılır.

Qəyyur Yunus 1995-ci ildə “Humay” mükafatına, 2002-ci ildə isə “Əməkdar rəssam”, 2015-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar respublikanın mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Утренние сомнения
© Leshinski