руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
18 апр.
17:43
Журналы
Остров
© Leshinski
Все записи | Информация
воскресенье, декабрь 28, 2014

“Fələklər yandı ahimdən” romanı təqdim olundu

aвтор: Rubil ®
 
view

Tanınmış rəssam Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində dünyaya gəlib. 2014-cü il, dekabrın 15-də rəssamın 105 yaşı tamam olur.

Rəssamın 105 illik yubileyilə bağlı Səttar Bəhlulzadə adına muzeydə də yazıçı Məhbubə Hacıyevanın rəssamın həyat və yaradıcılığına həsrət  etdiyi “Fələklər yandı ahimdən” romanının təqdimat mərasimi keçirilib.

Roman Səttar Bəhlulzadənin keçdiyi keşmə-keşli həyat yolundan bəhs edir. Romandakı hadisələrin, müəllifin qeyd etdiyi kimi,  altmış faizi rəssamın həyatında baş verən faktlara əsaslanır. Romanda həmçinin rəssamın yaşadığı Əmircan kəndinin etnoqrafiyasından da söhbət açılır, orada yaşamış milyonçulardan, sənət adamlarından da bəhs edilir. Əmircanılılar, yəni xiləlilər haqqında fəsil bitdikdən sonra Səttar Bəhlulzadənin rəssamlıq sənətinə ilk addımları, onun ilk sevgisi, təhsili, əldə etdiyi uğurları, müəllimləri, dostları, keçdiyi ağır yollar haqqında fəsillər yer alır. Romanın maraqlı fəsillərindən biri də “Elektrik qatarının sərnişinləri”dir ki, burada tanınmış şəxsiyyətlərdən, Səttarın yol yoldaşlarından söhbət açılır.

Təqdimatda çıxış edənlər tərəfindən həm rəssam haqqında, həmdə yazıçı Məhbubə Hacıyeva barədə dəyərli fikirlər səslənib. Səttar Bəhlulzadənin ev muzeyinin direktoru İradə xanım, şair, tərcüməçi, AzərbaycanYazıçılar Birliyinin üzvü Maarif Soltan, “Qoroskop” qəzetinin redaktoru Səbuhi Rəhimli, Suraxanı rayonunun “Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları  veteranları təşkilatı”nın sədri, rəssam, memar, müharibə veteranı Eldar Rüstəmli, türkiyəli qonaq Hayri Ataş, Gəncədə yaşayan dedektiv yazar Vüqar Bayramlı, “Xilə şəcərələri” kitabının müəllifi Fəridə Bünyadzadə, Güntəkin Qiyasi, Turxan Qiyasi, aparıcı Ulçay Qiyasi rəssam Səttar Bəhlulzadə və kitabın müəllifi Məhbubə Hacızadə haqqında ürək sözlərini söyləyiblər.

Ulcay Qıyasi            

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Данута Гвиздалянка «Мечислав Вайнберг — компози...
© violine