руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
05 май
21:54
Журналы
Тыловое
© Rosish
Все записи | Новости
суббота, апрель 28, 2012

Suraxanı rayonu Heydər Əliyev mərkəzində Fəridə Bünyatovanın "Əmircan(Xilə) şəcərələri" ki

aвтор: Rubil ®
1
view

Suraxanı rayonu Heydər Əliyev mərkəzində Fəridə Bünyatovanın "Əmircan(Xilə) şəcərələri" kitabının təqdimatı olmuşdur

 

27 aprel 2012-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Fəridə Bünyatovanın "Əmircan(Xilə) şəcərələri" adlı kitabının təqdimatı olmuşdur.

    Təqdimat mərasimində Bakı şəhərinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

    Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Daha sonra Mərkəzin Elektron lektoriya zalında tədbir davam etdirilmişdir.

    Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri B.Barxudarov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında qısa məlumat verdi. B.Barxudarov öz çıxışında Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini xüsusi vurğuladı.

    B.Barxudarov qeyd etdi ki, bu gün biz buraya Fəridə xanım Bünyatovanın "Əmircan(Xilə) şəcərələri" kitabının rayon ictimaiyyətinə təqdimat mərasiminə toplaşmışıq. Kitabın müəllifi Fəridə xanım hamımıza yaxşı tanışdır. Fəal ictimaiyyətçi olan, qadın problemləri ilə yaxından məşğul olan Fəridə Bünyatova gözəl ailə başçısı olmaqla yanaşı həm də yaradıcı insandır. O, Əmircan qəsəbəsində anadan olmuşdur.1974-cü ildə Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyasında, elmi-nəzarət redaksiyasında, sonra fəlsəfə-hüquq redaksiyasında işləmişdir.2009-cu ildə Bələdiyyə seçkilərində Əmircan Bələdiyyəsinə üzv, sonra sədr müavini seçilib.2010-cu ildən "Qadın Bələdiyyələrin İnkişafı Uğrunda" Asossiyasının Suraxanı rayon təşkilatının sədridir.

    Rayon ictimaiyyətinə təqdim olunan kitab 2012-ci ildə "Tuna" mətbəəsində çap olunmuşdur. Kitab 512 səhifədən ibarətdir.

    Fəridə xanım Bünyatovanın "Əmircan(Xilə) şəcərələri" kitabı çox maraqlı faktlara əsaslanaraq tərtib edilmişdir. Müəllif bütün biliyini və zəngin təxəyülünü kitabında verə bilmişdir.

    Kitab Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin keçmişə, nəsillərə, memarlığa malik Əmircana həsr edilmişdir. Kitabı vərəqlədikcə şahidi oluruq ki, burada qədimdən maraqlı nəsillər, şəxsiyyətlər yaşamışdır.

    Abbasqulu Ağa Bakıxanov "Gülüstani-irəm" əsərində Əmircanı xanlar, ağalar, bəylər, 19-cu əsrin axırı, 20-ci əsrin əvvələrində neft ustaları, xozeynlər kəndi adlandırıblar. Bu gün Əmircanı Azərbaycanda ən çox ziyalısı olan qəsəbə adlandırsaq səhv etmərik. Kitabın mündəricatından aydın görünür ki, verilmiş nəsillər və şəxsiyyətlər haqqında məqalələr oxucu üçün çox maraqlı olacaqdır.

    Əmircan qədim yaşayış məskənidir.Yazılan kitab formaca yenidir. Burada Əmircanın qədim nəsilləri haqqında, bu nəsillərdən çıxan görkəmli şəxsiyyətlər, alimlər, hərbiçilər, əsasən də neft sahəsinin insanları haqqında məqalələr verilmişdir.Kitabın üz qabığından da göründüyü kimi Əmircan memarlıq abidələri ilə zəngindir. Kitabla tanışlıq belə deməyə əsas verir ki, Əmircan eyni zamanda incəsənəti ilə də maraqlı bir kənddir.

    Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunun fəxri işçisi, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru Eynal Əliyev, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, yazıçı Teyyub Qurban, Azərbaycan Respublikasının əməkdar rəssamı Qəyyur Yunus, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin baş müəllimi Akif Cəfərov və digərləri çıxış edərək bildirmişlər ki, Fəridə Bünyatova "Əmircan(Xilə) şəcərələri" kitabında müxtəlif peşə sahiblərinin portret cizgilərini yaratmış, oxucuları rəngarəng obrazlar qalereyası ilə tanış etmişdir. Hər bir insan doğulduğu vətənini sevir.Azərbaycanın hər yeri onun hər bir nümayəndəsi üçün əzizdir. Tədir bu fikirlərlə yekunlaşmışdır ki. Azərbaycan ən qədim insan məskənlərindən biridir. Azərbaycan xalqı bəşər sivilizasiyasının fitri istedadlı xalqıdır. Onun qədim qəhrəman tarixi keçmişi və bu günü var.Azərbaycanın bir parçası olan Əmircan da belə yaşayış məskənlərindən biridir.

    Sonunda "Əmircan(Xilə) şəcərələri" kitabının müəllifi Fəridə Bünyatova çıxış edərək təqdimata qatıldıqları üçün tədbir iştirakçılarına təşəkkür etmiş və ünvanına söylənilən xoş sözlərə görə öz minnətdarlığını bildirmişdir.

 

www.suraxani.info

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Кипят, бурлят по миру страсти
© Leshinski