руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
05 май
16:20
Журналы
Когда заканчивается зима..
© Portu
Все записи | Новости
понедельник, август 12, 2013

Книга –каталог Эльдара Микаилзаде

aвтор: Rubil ®
 
view

 

 

Издательство “Letterpress” выпустило альбом-каталог ковродела Эльдара Микаилзаде, тиражом 500 экземпляров на азербайджанском и английском языках.

Альбом-каталог включает фотографии из личного архива, отражающие творчество мастера.

Своими учителями по ковроткачеству Микаилзаде считает Лятифа Керимова и известного художника Сaттара Бахлулзаде.

В каталоге собраны около сотни работ Микаилзаде, которые отличаются разнообразной тематикой - от натюрморта до религиозных сюжетов. Кроме картин и ковров, Микаилзаде также расписывает внутренние убранства мечетей.

 

Azərbaycanın ustad xalça sənətkarı Hacı Eldar Mikayılzadənin barəsində albom-kataloq nəşr edilib.

Albom kataloq “Letterpress” nəşriyyat evində 256 səhifə olmaqla 500 ədəd çap olunub.

Albom-kataloqda fotoların bir qrupu E.Mikayılzadənin şəxsi, digəri ictimai həyatı və üçüncü qrup isə birbaşa peşə fəaliyyətilə bağlıdır. Kataloq nəfis tərtibatla nəşr edilib, albom-kataloqu Azərbaycan və ingilis dillərində E.Mikayılzadənin həyat və peşə fəaliyyəti haqda bilgi verən mətn müşayət edir.

Mətn E.Mikayılzadənin təhsil, həyat yolu haqqında yığcam və yığcam olduğu qədər də dolğun informasiya verir. Fotolarda təkcə E.Mikayılzadənin ömür anlarından xatirələr qalmayıb. Həm də bu şəxsin indiki məqama gəlib çatması üçün hansı məktəblərdən keçməsi əksini tapıb.

E.Mikayılzadə rəngkarlıq və rəssamlığı böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadədən, xalçaçılığı isə böyükl ustad Lətif Kərimovdan öyrənib.

Onun çoxsaylı rəsm əsərləri var, bu rəsm əsərləri natürmortdan tutmuş dini süjetlərə qədər çox böyük müstəvini əhatə edir. E.Mikayılzadə bu müstəvilərin hər birində öz sözünü deməyə qabil əsərlər yaradıb. Bu əsərlərin çoxu hədiyyə olaraq dövlət başçlarına, rəsmi şəxslərə bağışlanıb. Eynilə E.Mikayılzadənin süjetli-ornamentli xalçaları da sıradan xalçalar olmayıb. Bu əsərlər, muzeylərlə yanaşı xarici ölkələrə də satılıb və ya bağışlanılıb. E.Mikayılzadənin Avropa incəsənət mərkəzlərində dəfələrlə sərgiləri keçirilib və bu sərgilər diqqətlə qarşılanıb.

Bu kitab Azərbaycaın rəssamlıq və xalçaçılığı haqqında çağdaş təqdimata malik yeni ovqatdır. E.Mikayılzadə yaradıcılığını rəm və xalça ilə yekunlaşdırmayıb. Onun müasir Azərbaycan məscidlərində apardığı tərtibat işləri, məsciddaxıli işləmələr öz mükəmməliyi ilə seçilir.

Biz həm də inanırıq ki, albom-kataloq E.Mikayılzadənin özünün cəmiyyətə, xalqa təqidmatına dönəcək. Çünki E.Mikayılzadə özünü xalqa reklam etdirmək kimi düşüncə və addımdan uzaq durub.

Amma biz ona da inanırıq ki, E.Mikayılzadə bu xalqın mədəniyyətinə tövfə olan bir çox əsərləri hələ bundan sonra yaradacaq.

 

www.contact.az

06.08.2013

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
"Зубастые шарики, пожирающие реальность......
© Portu