руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
19 апр.
04:11
Журналы
Когда заканчивается зима..
© Portu
Все записи | Новости
суббота, март 30, 2013

Toy ənənələrimiz haqqinda film çəkilb

aвтор: Rubil ®
1
view

Toy ənənələrimiz haqqinda film çəkilb

 

Əsrlər boyu Azərbaycanın müxtəlif bölgələrində zəngin toy adət-ənələri inkişaf edərək vahid sistem əmələ gətirib. Bakı toyları öz xüsusiyyətləri ilə digər bölgələrin toy ənələrindən seçilib. Bu haqda daha ətraflı məlumatı yeni istehsal olunan “Toy marşı – Bakı toyları” adlanan tammetrajlı bədii-sənədli filmdən almaq mümkündür. Filmin quruluşçu rejissorlarından olan Murad Muradovun SİA-ya verdiyi məlumata görə milli adət-ənənələrimiz və toylar haqqında olan film bu yaxınlarda təhvil verilib. Bakı toylarına həsr olunan ekran əsəri itirilmiş milli adət-ənənələrimizi özündə ehtiva edir. Bədii səhnələrdə XVIII əsrdən başlayaraq bu günə kimi toylarımız necə keçməsi canlandırılıb. Həmin dövrdə Bakı kəndlərində toylar, yaxud xınayaxdı mərasimi, qız bəyənmə kimi ənənələrimizin necə olması burada öz əksini tapıb.

M. Muradov onu da vurğulayıb ki, bədii səhnələrlə yanaşı, filmdə tanınmış simalar da öz fikirlərini bölüşüblər: “Onların arasında xalq artistlərimiz Alim Qasımov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, musiqişünas Hacı Teyyub Teyyubov, tanınmış şair Hacı Arif Buzovnalı var. Onlar da öz növbəsində milli adətlərimizdən söz açıblar. Film 45 dəqiqəni əhatə edir”.

Filmin bütün işlərinin bir ay əvvəl bitdiyini deyən rejissor bildirib ki, hazırda ekran əsərinin ingilis dilinə tərcümə olunması prosesi gedir. Film tərcümə mərhələsində olmasına baxmayaraq, bir sıra etnoqrafik festivallara dəvət alıb.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi əməkdar incəsənət xadimi Ələkbər Muradov, rejissoru Murad Muradov, quruluşçu operatoru Mətləb Yaquboğlu, baş prodüseri Hacı Teyyub Teyyubov, icraçı prodüseri Ədalət Yunusovdur.

Filmdə gəlin rolunda Leyla Babayeva, bəy rolunda Həsən Mehdiyev, bəyin anası rolunda Firuzə İbadova, gəlinin anası rolunda Lətafət Ramazanova çəkiliblər.

Yaxın vaxtlarda filmin təqdimatı nəzərdə tutulub.

ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.

Журналы
Тыловое
© Rosish